Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:57

Xarici İşlər Nazirləri Dəməşqdə görüşür


Mayın 23-də Dəməşqdə İslam Konfransı Təşkilatına (İKT) üzv olan ölkələrin xarici işlər nazirlərinin 36-cı sessiyası keçirilir. Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov da görüşdə iştirak edir.

İKT nazirlərinin iclası mayın 25-dək davam edəcək, iclasda Əfqanıstan və Pakistanda vəziyyət, Yaxın Şərq problemləri və digər məsələlər müzakirə olunacaq.

Sessiyanın yekununda bir sıra qətnamələrin qəbulu gözlənilir. Xüsusilə, Qüdsün statusunun dəyişdirilməsinə imkan verilməməsi, bölgə əhalisinə yardım göstərilməsi üçün siyasi və maliyyə addımlarının müəyyənləşdirilməsi planlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG