Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:21

Cenifer Lopes Bakıya gələ bilər


Bu ilin sentyabrında Bakıda keçirilməsi nəzərdə tutulan «Eurovision Dance-2009» müsabiqəsində aparıcılıq etmək üçün dünyasının tanınmış ulduzları Cennifer Lopez, Kaili Minok və Şakira ilə danışıqlar aparılır.

«APA»nın xəbərinə görə, bu barədə Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov bildirib. Nazir danışıqların uğurla getdiyini və artıq razılıq əldə edildiyini söyləməyin mümkünlüyünü vurğulayıb.

Bununla belə, A. Rəhimov «Eurovision Dance-2009» müsabiqəsində iştirak etmək niyyətində olan ölkələrin siyahısının hələlik dəqiqləşmədiyini söyləyib: «Qayda belədir ki, müsabiqədə iştirak etmək istəyən ölkələr Avropa Yayım Şurasına sifariş verir, müsabiqədə iştiraklarını təsdiq etdirirlər. Bu proses hələlik davam edir. Yaxın müddət ərzində proses başa çatacaq və iştirakçı ölkələr müəyyənləşəcək».

Günün bütün mövzuları

XS
SM
MD
LG