Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:48

Şəkidə leysanla müşayiət edilən güclü qasırğa olub


Şəkidə Qala divarları

Şəkidə Qala divarları

Mayın 23-ü gecə Şəkidə güclü qasırğa olub. Güclü külək leysan yağışı ilə müşayiət olunub.

Şəki rayon Fövqəladə Hallar Komissiyasının sədri Valeh Ələkbərov «APA»ya bildirib ki, qasırğa və iki saat yağan leysan nəticəsində rayonun elektrik təchizatına ciddi ziyan dəyib. Rayon ərazisində elektrik naqilləri qırılıb, bir sıra yerlərdə elektrik dirəkləri aşıb.

Şəki şəhərinin içməli su təchizatı demək olar ki, tamamilə sıradan çıxıb. Buna şəhəri içməli su ilə təmin edən su borularının içinə daş və çınqılın dolması səbəb olub.

Hazırda rayonun müvafiq idarə və təşkilatları bərpa işləri aparır. V.Ələkbərov deyir ki, bərpa işləri başa çatdıqdan sonra qasırğa və leysan nəticəsində rayona dəymiş maddi ziyanın miqdarını dəqiq hesablamaq mümkün olacaq. / APA /

Günün bütün mövzuları

XS
SM
MD
LG