Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:32

Afinada polislə müsəlmanlar arasında toqquşma olub


Yunanıstan paytaxtında polislə müsəlman etirazçılar arasında toqquşma olub.

Afinada - parlamentin qarşısında min beş yüzə qədər müsəlman onların dediyinə görə, yunan polisi tərəfindən Quranın məhv edilməsinə etiraz ediblər.

Polis onlara daş atan etirazçıları dağıtmaq üçün göz yaşardıcı qazdan istifadə edib.

Yunanıstanın Müsəlıman Birliyi deyir ki, polis zabiti suriya əsilli bir şəxsin kafesində axtarış apararkən müsadirə etdiyi Quranı cıraraq ayaq altına atıb və tapdalayıb.

Bu artıq ikinci etiraz aksiyasıdır, cümə axşamı keçirilən aksiyada min nəfər iştirak edib və məlumta görə, aksiyaçılar şəhərin küçələrində bir neçə pəncərə də sındırıblar.
XS
SM
MD
LG