Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:49

Top 10: 16-22 may


Bəziləri deyir ki, «Top 10»da toplanan oxucu fikirlərinin çoxu satiradır. Ancaq məncə, ingilis yumorudur - başqasına yox, özünə gülmək. Nə bilmək olar, bəlkə də Britaniya indiki səviyyəsinə öz yumoru ilə çatıb?!

1. İstintaq Fərda Qədirovun videolarını tapıb

Kimdən: Faiq Haradan: Baku 19.05.2009 10:49

Stiven Spilberg bunlara hesed aparardi. Ssenari pis deyil amma oynayan pis oynayir.

Kimdən: AbdulBaqi Haradan: Istanbul 17.05.2009 18:19

MTN - PRODUCTION TEQDIM EDIR . 16 yashdan yuxari shexslere baxmaq qadagandir.


2. Alman mütəxəssis «İçərişəhər» metrosu barədə

Kimdən: Seid Haradan: Baki 21.05.2009 14:27

Iceri seher metrosunu ucurmaq lazim deyil,
Onsuzda birazdan oz ozune ucacaq.....



3. Bakıda çanaq antenaların yığışdırılmasına başlanıb

Kimdən: Ramil Haradan: Baki 22.05.2009 04:22

Bugün bizə çanaqlı antenaları götürməyi əmr edirlər, sabah çanaqlı bağa olmağı əmr edəcəklərki başımızı çıxarıb ətrafımıza baxmayaq.


4. Son zəng məktəbdən kənarda keçirilə bilməz

Kimdən: swedo 22.05.2009 15:39

Hadiselerin bele inkishaf etmesi lezzet edir:)Birazdan metronu baglayarlar camaat toplashiq shekilde gedib gelmesin:)

Kimdən: Taleh Haradan: Baki 21.05.2009 15:12

bizim tehsil nazirimizi ushaqliqda deyesen 2 defe atib bir defe tutublar)))

Kimdən: Kefli İsgəndər Haradan: azərbaycan 21.05.2009 14:04

Misir müəllim məncə qorxmağa gərək yoxdur.Ekstrasens Zirəddin deyibki,belə hadisə bir də 2012 də olacaq.Qoy uşaqlar getsin son zəngin keçirdsin. Yoxsa başqa nədənsə qorxursunuz bizim xəbərimiz yoxdur?


5. Ombudsmana daha bir şans verilir

Kimdən: Ali 19.05.2009 20:45

Umumiyyetle, butun vezifeleri muddetsiz edek! Prezidentd vezifesinden ilham alaraq! Yoxsa, bu nedi 3-4 il ishledin, daha ishini yarimchiq qoyub gedesen. Axi bu bizim mentalitetimize ziddir! Olenecen kursuden berk yapish! Budur bizim devizimiz.


6. «Bu, lap Brejnev durğunluğunu xatırladır»

Kimdən: ehli Haradan: baki 20.05.2009 19:36

Azerbaycan geriye tullanmagda Zimbabveni kecmek üzredir.


7. «Məqsəd bütün cəmiyyəti nəzarətə götürməkdir»

Kimdən: Şahin 22.05.2009 09:42

Şəhərimizə təşrif buyuran çox dəyərli xarici qonaqlarımızın (xüsusilə də ingilislərin) belə bir müşahidə təcrübəsi var: deyirlər ki, bizdə (yəni İngiltərədə, qarışdırmayaq..) camaat ictimai yerdə polis əməkdaşı görəndə ona yaxın durmağa çalışırlar ki, polis onları qoruyacaq, ancaq sizdə (yəni BİZdə) camaat harda polis gördü uzaq qaçmağa çalışır.


8. Azərbaycanda uzunömürlü ombudsman kimə lazımdır? (Forum)

Kimdən: Natiq M Haradan: Sumqayıt 22.05.2009 09:56

Bilirsiz Qardaşlar. Bizə və ümumən keçmiş sovet millətlərinə demiokratiya yaraşmır. Baxın Saakaşvili Gürcüstanda demokratiyanı bərqərar etdi, nə oldu? Gürcü xalqı buna oyrəşmədi. İndi Saakaşvilinin başına bəla olublar. İndiki iqtidar da bundan qorxur. Əgər sərbəst toplaşmaq azadlığı versə, deyəcəyik ki, nefti sat pulunu bizə ver- İqtidar buna razı olmayacaq. Razı olmasa çıxacayıq küçələrə, hamı tətil edəcək və s. Əgər neftin pulunu versə, deyəcəyik ki, bu azdı, işləməyək amma yeyib-yataq. İqtidar razı olmayacaq, çıxacayıq küçələrə. Əgər buna da razı olsa deyəcəyik ki, uzanım iqtidar gəlsin belimi masaj eləsin və s. İqtidar millətimizi bu cür tanıyır.


9. İstintaq növbəti dəfə qətlin motivini açıqlamayıb

Kimdən: XAN Haradan: MARS 18.05.2009 18:44

pul var, indi de qeyret lazimdir!


10. «Drujinalar» bərpa olunur?..

Kimdən: ali Haradan: moskva 20.05.2009 18:44

bu qanunla qocu destelerinin qanunilesdirilmesine nail olacaqlar.demeli bizim pullarla bizi doyecekler.

Şərhləri göstər

XS
SM
MD
LG