Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:22

Avropa Məhkəməsi Xodorkovskinin işini icraata götürüb


Xodorkovskini vergidən yayınmada və başqa cinayətlərdə təqsirli bilib 8 il müddətinə həbs cəzası veriblər

Xodorkovskini vergidən yayınmada və başqa cinayətlərdə təqsirli bilib 8 il müddətinə həbs cəzası veriblər

Avropa İnsan Haqları Məhkəməsi rusiyalı biznesmen Xodorkovskinin işinə baxmaq üçün ilk addımı atıb - onun müraciətini qəbuledilən sayaraq icraata götürüb. Bu barədə Xodorkovskinin vəkili Karinna Moskalenko bildirib. Məhkəmə Rusiya hökumətinə iyulun 10-na qədər vaxt verib ki, onun bu qərarına münasibət bildirsin.

Avropa Məhkəməsində sonrakı addım işin mahiyyəti üzrə proses olacaq.

Xodorkovskini vergidən yayınmada və başqa cinayətlərdə təqsirli bilib 8 il müddətinə həbs cəzası veriblər. İndi ona qarşı yeni ittihamlar irəli sürülüb. Həmin ittihamlar təsdiqlənərsə, biznesmen daha 22 il həbs cəzası ala bilər.

Beynəlxalq hüquq müdafiə təşkilatları onun siyasi motivlərlə həbs edildiyini deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG