Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:35

Rayonlarda dörd mühüm vəzifə


«Eyni kənddən olan adamlar əlbir olub müəyyən neqativ işlərlə məşğul olurlar»

«Eyni kənddən olan adamlar əlbir olub müəyyən neqativ işlərlə məşğul olurlar»

«Rayonlarda icra hakimiyyətində vəzifəyə gələn şəxsin ilk işi illərlə həmin idarədə işləyən şəxslərin işdən çıxarılması olur». Milli Məclisin mayın 22-də keçirilən iclasında millət vəkili Cəmil Həsənli belə deyib.

«Onlar açıq şəkildə elan edirlər ki, öz adamları ilə işləyəcəklər. Bəzi rayonlarda dörd mühüm vəzifə - icra başçısı, prokuror, polis rəisi və məhkəmə sədrinin hamısı bir kənddən olur. Bu da əhali arasında ciddi narazılıq yaradır. Axı Azərbaycanın hər tərəfində istedadlı kadrlar var. Eyni kənddən olan adamlar əlbir olub müəyyən neqativ işlərlə məşğul olurlar»-, deyə deputat bildirib.

Spiker Oqtay Əsədov isə C.Həsənlinin çıxışına etirazını bildirib və konkret adlar çəkməsini tələb edib.

Milli Məclis sədrinin müavini Bahar Muradova da deputata etiraz edib: «Əvvəllər məni də maraqlandırırdı ki, niyə məhz Cəmil Həsənli keçmiş nazir Fərhad Əliyevin hüquqlarının müdafiə komitəsinin sədri olur? Sonra məlum oldu ki, onlar eyni kənddən imişlər. Belə hallar olur. Amma mən elə bir rayon görməmişəm ki, orda dörd vəzifənin hamısında oturanlar eyni kənddən olsunlar».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG