Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:21

Cefri Gedmin Belarusa səfər edib


Cefri Gedmi radionun Belarus xidmətinin ildönümü ilə bağlı Amerika səfirliyində verilən təntənəli tədbirdə. Minsk, 20 may 2009
Cefri Gedmi radionun Belarus xidmətinin ildönümü ilə bağlı Amerika səfirliyində verilən təntənəli tədbirdə. Minsk, 20 may 2009
Belarus hökuməti «Azad Avropa/Azadlıq» radiolarının prezidenti Cefri Gedminə radionun Belarus xidmətinin 55-ci ildönümü ilə bağlı bu ölkəyə getmək üçün viza verib. Beləliklə də cənab Gedmin radio tarixində bu ölkəyə səfər edən ilk prezidentdir.

ABŞ-ın Belarusdakı səfirliyi Minskdə «Azadlıq» Radiosunun 55-ci ildönümü ilə bağlı mərasim keçirib. Belarusun aparıcı müxalifət nümayəndələri, keçmiş siyasi məhbuslar və onların ailələrin də iştirak etdiyi tədbirdə çıxış edən Cefri Gedmin mərasimdə iştirakından şərəf duyduğunu deyib: «Biz sizlərin əksəriyyətinin azad Belarus adından danışmağa böyük önəm verdiyinizə hörmət edirik».

2006-cı il prezident seçkilərində namizəd olan, iki ildən çox həbsdə yatan müxalifət lideri Aleksandr Kazulin bildirib ki, «Biz Belarusda «Azadlıq» səsini eşitməyə görə minnətdarıq, hətta həbsxana barmaqlıqları arasında olsaq belə. Mən həbsxanada olanda mənim azadlığı dadmaq üçün yeganə yolum «Azadlıq» Radiosuna qulaq asmaq idi».

Mərasimdə «Azadlıq» Radiosunun Belarus xidməti «Siyasi Məhbusun həyatında bir gün» adlı kitabı da təqdim edib. Bu kitabda beynəlxalq səviyyədə tanınan Belarus siyasi məhbusları ilə 41 söhbət yer alıb.

«Sərhədsiz Reportyorlar» təşkilatının verdiyi məlumata görə, Belarus media azadlığı sahəsində 173 ölkə arasında 154-cü yerdədir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG