Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:59

«Azərbaycanda məhkəmə qərarlarının 90 faizi icra olunmur»


«Azərbaycanda məhkəmə qərarları əsasən hakimin daxili maraqlarından irəli gəlir»

«Azərbaycanda məhkəmə qərarları əsasən hakimin daxili maraqlarından irəli gəlir»

«Avropa Məhkəməsinə ildə 500-ə qədər şikayət daxil olur. Rusiya, Türkiyə, İtaliya və Polşa ilə müqayisədə Azərbaycandan olan şikayətlərin sayı artmır, sabit qalır».

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov Bakıda Avropa Şurasının 60 illiyinə həsr olunmuş konfransda belə deyib.

Millət vəkili Fazil Qəzənfəroğlu isə bildirib ki, Avropa Məhkəməsinə Azərbaycandan gedən şikayətlərin sayının digər ölkələrə nisbətən artmadan sabit qalması bu sahədə də irəliləyişlə bağlı deyil:

«Bu qərarlarını icrasının daha uzun müddət vaxt tələb etməsi və Avropa Məhkəməsinin çıxardığı qərarın insanın həyatında baş vermiş dəyişikliyə təsir göstərə bilməyəcəyindən doğan ümidsizliklə bağlıdır».

Fazil Qəzənfəroğlu onu da bildirdi ki, Azərbaycanda məhkəmə qərarları əsasən hakimin daxili maraqlarından irəli gəlir.

«Azərbaycanda məhkəmə qərarlarının 90 faizi icra olunmur. Qaçqın və məcburi köçkünlərin evləri zəbt etməsi ilə bağlı məhkəmə qətnamələri var. Bütün hüquq mühafizə orqanları bilir ki, bu evi zəbt edən adamın əlavə 3, 4, 5 evi var və zəbt etdiyi evi də kirayəyə verir. Evin sahibi daha acınacaqlı vəziyyətdədir. Bununla bağlı qərarın icrasına dair elə bir mexanizm tapılmalıdır ki, digər insanların hüquqlarının pozulmasına şərait yaratmasın».

Avropa Şurası Baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek bildirib ki, may ayının 12-də Madriddə keçirilən toplantı zamanı Avropa İnsan Hüquqları Konvensiyasına yeni 14 saylı protokol təqdim olunub. Bu protokola müvafiq olaraq islahatların keçirilməsi nəzərdə tutulub. Sənəddə nəzərdə tutulmuş məhkəmə islahatları ilə bağlı olaraq məhkəmənin iş yükünün azaldılması planlaşdırılır. Bunun üçün də iki prosedur həyata keçiriləcək.

«İlk olaraq əgər tanınmayan işlərə əvvəllər 3 hakim qərarı tələb olunurdusa, indi 1 hakim buna kifayət edəcək və ikincisi 3 hakimdən ibarət olan komitənin səlahiyyətləri genişlənəcək. Yəni əvvəllər appelyasiya 7 nəfərdən ibarət kollegiya baxırdısa, indi buna 3 hakim baxacaq».

Günün bütün mövzuları

XS
SM
MD
LG