Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:33

Əli Əhmədov Bernar Fasyeni tənqid etdi


 Əli Əhmədov vasitəçiləri belə vərdişlərdən çəkinməyə çağırıb
Əli Əhmədov vasitəçiləri belə vərdişlərdən çəkinməyə çağırıb
«ATƏT-in Minsk qrupunun fəaliyyətinin qənaətbəxş olmaması haqqında cəmiyyətdə də fikirlər var. Onlar son vaxtlar məntiqə sığmayan bəyanatlar verirlər». Milli Məclisin mayın 22-də keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov belə deyib.

O Minsk qrupunun fəaliyyətini, xüsusən də fransalı həmsədr Bernar Fasyeni tənqid edib. «Fransalı həmsədr hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə Türkiyə-Ermənistan sərhədlərinin açılması eyni məsələ deyil. Mən hesab edirəm ki, bu, artıq vasitəçilik deyil, mövqedir».

Əli Əhmədov bildirib ki, cənab Fasyenin bu açıqlaması vasitəçilik missiyasına sığmır. Hakim partiyanın funksioneri vasitəçiləri belə vərdişlərdən çəkinməyə çağırıb.

Mayın 18-də Bernar Fasye Türkiyəyə səfər edib. Türkiyə mətbuatının verdiyi xəbərə görə isə diplomat vurğulayıb ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin həlli paralel proseslərdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG