Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:25

B. Obama: «Quantanamo»nun 50-ə yaxın məhbusu transfer olunacaq


«Quantanamo həbsxanasının 48 məhbusu başqa ölkələrə göndəriləcək». ABŞ prezidenti Barak Obama mayın 21-də Milli Arxivdə çıxış edərkən belə deyib. Bildirib ki, terrorda şübhəli bilinən məhbuslar heç bir risk olmadan digər ölkələrə verilə bilər.

Obama bu məhbusların işlərinə məhkəmədə baxıldığını deyib.

«Quantanamo» həbsxanasının iki keçmiş məhbusu bu ilin yanvar ayında Böyük Britaniya və Fransaya göndərilib.

B. Obama hakimiyyətə gələndən sonra qərar verib ki, «Quantanamo» məhbəsi bir il ərzində bağlanacaq. Ancaq iki gün öncə Senat həbsxananın bağlanması üçün pul ayırmaq istəməyib.

Konqres üzvləri isə deyib ki, 240 məhbusun hər hansı birinin ABŞ-a transferi Amerikanın təhlükəsizliyinə hədədir, hətta onlar həbsdə olsalar belə.
XS
SM
MD
LG