Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:15

Rusiya ilə AB enerji və təhlükəsizlik məsələrini müzakirə edir


Mayın 22-də Rusiya və Avropa Birliyi liderləri qlobal maliyyə böhranı, enerji və təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.

Rusiyanın Çinə yaxın Xabarovsk şəhərində sammit keçirilir.

Rusiya prezidenti Dmitri Medvedev deyib ki, Xabarovsk şəhəri ona görə seçilib ki, 9 saat fərqi olan və 10 saat uçuşa sərf edən Avropa liderlərin «Rusiyanın böyüklüyünü qiymətləndirmək imkanı olsun».

Sammitdə Avropa Birliyinə hazırda sədrlik edən Çexiya prezidenti Vaslav Klaus və Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu da iştirak edirlər.

Tərəflər Rusiya və Avropa birliyi arasında «20-lər qrupu» çərçivəsində əməkdaşlıq məsələsini və qarşıdan gələn «Böyük 8»liyin görüşünü də müzakirə edəcəklər.
XS
SM
MD
LG