Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:50

Aqrar Univeristetdə 5 yeni ixtisasa qəbul olacaq


Növbəti tədris ilində Aqrar Univeristetdə 5 yeni ixtisasa da qəbul olacaq. Bu haqda «Azadlıq» radiosuna Universitetin tədris şöbəsinin müdiri Nüsrət Hüseynov məlumat verib. Onun sözlərinə görə, yeni ixtisaslar üzrə 800-dən artıq tələbə qəbulu gözlənilir. N.Hüseynovun dediyinə görə, təhsil ocağında ənənəvi aqrar zootexnik, baytarlıq, əczaçılıq, eləcə də yerqurluşu, torpaq və şəhər kadastrı, meyvəçilik və s. ixtisaslar mövcuddur ki, onların bəzilərinə mühəndislik profilinin əlavə olunması nəzərdə tutulur.

N.Hüseynov deyir ki, növbəti tədris ilindən universitetin tələbələrinin aqrar sahədə dünya iqtisadiyyatı, maliyyə, biznesin idarəedilməsi və s. ixtisaslar üzrə mütəxxəsis kimi hazırlığına başlanacaq.
XS
SM
MD
LG