Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:34

TRT müxalifət liderinə təzminat ödəyəcək


Dəniz Baykalın vəkilləri şikayət ərizələrində TRT-dən 200 min TL təzminat tələb etmişdilər
Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Dəniz Baykalın TRT kanalı əleyhinə qaldırdığı məhkəmə iddiası müxalifət liderinin xeyrinə nəticələnib.

Ankara məhkəməsi TRT-2 kanalında yanvarın 14-də yayımlanan «Mikroskop» proqramda «Ergenekon» adı verilən əməliyyatın baş aktyorlarından olan Tuncay Güneyin CHP və onun lideri Deniz Baykalın əleyhinə dediyi sözləri «həqiqətə uyğun olmayan böhtan və partiyanın hüquqi şəxsiyyətinə hücum» kimi qəbul edib. Məhkəmə kanalı 20 min TL (təxminən 14 min ABŞ dolları) təzminat ödəməyə məhkum edib.

Hökm Appelyasiya məhkəməsinin qərarından sonra qüvvəyə minəcək.

CHP və Dəniz Baykalın vəkilləri şikayət ərizələrində TRT-dən 200 min TL təzminat tələb etmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG