Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:31

Mixail Saakaşvili: «Azərbaycanın yardımlarını heç vaxt unutmayacağıq»


Gürcüstan prezidenti Mixail Saakaşvili mayın 21-də Milli Məclisin spikeri Oqtay Əsədov və parlamentin Azərbaycan-Gürcüstan dostluq qrupunun üzvləri ilə görüşüb. Spiker iki ölkə münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını, hər iki ölkənin ərazilərindəki münaqişələrdən əziyyət çəkdiyini deyib. Oqtay Əsədov bu münaqişələrin ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinə ümidvar olduğunu bildirib.

Gürcüstan prezidenti Mixail Saakaşvili isə ilk növbədə Azərbaycanın ölkəsinin çətin vaxtlarında həmişə onun yanında olduğunu xatırladıb və bu yardımları heç vaxt unutmayacaqlarını söyləyib.

Bu arada isə Bakı-Batumi aviareysinin ilk sərnişini Gürcüstanın prezidenti Mixail Saakaşvili olacaq. Reys “Azərbaycan Hava Yolları” tərəfindən bu gün baş tutacaq və təyyarə ilk olaraq Tiflis, sonra isə Batumi aeroportuna enəcək.

Bakı-Batumi istiqamətində reyslər həftədə iki dəfə Tiflisdən tranzitlə həyata keçiriləcək. Aviareysin açılışı Aсariyada kurort mövsümünün açılışı ilə bağlıdır.

Gürcüstan prezidenti Mixail Saakaşvili mayın 20-də Bakıya gəlib. Səfər zamanı qaz təchizatı haqda 5 illik müqavilə imzalanıb.

XS
SM
MD
LG