Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:15

Amerikada sinaqoqu partlatmaq istəyən 4 nəfər saxlanıb


Nyu-Yorkda terror aktı törətmək istəyən 4 nəfər həbs olunub. Prokurorluq bildirib ki, tutulan şəxslər yəhudi sinaqoqunu partlatmaq və Stuart aeroportunda yerləşən hərbi təyyarələri raketlərlə atəşə tutmağı planlaşdırırmış.

Həbs olunan şübhəlilərin milliyyəti və adları açıqlanmır.

Nyu-Yorkun polis komissarı dörd nəfərin bir il davam edən məxfi əməliyyat nəticəsində həbs olunduğunu və hamısının da ABŞ-da doğulduğunu deyib.

Bu gün şübhəlilər Nyu-York federal məhkəməsinə çıxarılacaq.

Günahları sübuta yetiriləcəyi təqdirdə onları 25 il azadlıqdan məhrum etmə gözləyə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG