Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:44

Co Bayden Kosovadadır


ABŞ–ın vitse prezidenti Co Bayden Kosovaya gedib. Bu Kosovanın müstəqilliyini elan etməsindən sonra oraya səfər edən ilk yüksək səviyyəli amerikalı rəsmisidir.
Kosova ötən il Serbiyadan ayrılaraq müstəqilliyini elan edib.

Co Baydenin Kosova liderləri ilə görüşəcəyi və yerli parlamentdə deputatlar qarşısında çıxış edəcəyi gözlənilir.

Mayın 20-də Amerikanın vitse prezidenti Serbiya rəhbərliyi ilə danışıqlar aparıb. Kosova məsələsində fikir ayrılıqlarının olmasına baxmayaraq, tərəflər əlaqələrin yaxşılaşmasına ümid etdiklərini bildiriblər.

Co Baydenin regiona səfəri mayın 22-də Bosniya- Hersoqovina ilə başa çatacaq.
XS
SM
MD
LG