Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:09

Qiyamda şübhəli bilinən şəxs öldürülüb


Prezident Mixail Saakaşvili qiyam qaldırmış Mukrovani hərbi bazasında. 5 may 2009

Prezident Mixail Saakaşvili qiyam qaldırmış Mukrovani hərbi bazasında. 5 may 2009

Gürcüstan mətbuatı xəbər yayıb ki, xüsusi əməliyyat zamanı hərbçilərin qiyamında şübhəli bilinən şəxs - Qeorqi Krialaşvili öldürülüb. Qiyamın əsas təşkilatçısı Koba Otanadze və onun yaxın tərəfdarı Levan Amiridze ağır yaralanıb.

Hələ ki, hadisə ilə bağlı Gürcüstanın Daxili İşlər Nazirliyi şərh verməyib.

Hərbi qiyamın təşkilatçıları mayın 5-dən axtarışda idi. Onların Tbilisi yaxınlığında Qldani qəsəbəsində gizləndiyi məlum olub.

Hər 3 şübhəli mayın 5-də Gürcüstan ordusunun tank batalyonunda qiyam təşkil etməkdə ittiham olunur. Onlara qarşı vətənə xəyanət və qanuni seçilmiş hökuməti devirməyə cəhd ittihamları irəli sürülüb.

Gürcüstan rəsmiləri əvvəlcə bildirib ki, qiyamın arxasında Rusiya dayanır və məqsəd hökuməti devirməkdir. Daha sonra rəsmi Tbilisi məqsədin Gürcüstanda NATO təlimlərinin keçirilməsinin qarşısını almaq olduğunu deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG