Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:34

Gürcüstanda qiyamda şübhəli bilinən şəxs öldürülüb


Gürcüstan mətbuatı xəbər yayıb ki, xüsusi əməliyyat zamanı hərbçilərin qiyamında şübhəli bilinən şəxs öldürülüb. Əməliyyat zamanı daha 2 nəfər yaralanıb. Hələ ki, hadisə ilə bağlı Gürcüstanın DİN-i şərh verməyib.

Hərbi qiyamın təşkilatçıları mayın 5-dən axtarışda idi. Onların Tbilisi yaxınlığında Qldani qəsəbəsində gizləndiyi məlum olub.

Hər 3 şübhəli mayın 5-də Gürcüstan ordusunun tank batalyonunda qiyam təşkil etməkdə ittiham olunur. Onlara qarşı vətənə xəyanət və qanuni seçilmiş hökuməti devirməyə cəhd ittihamları irəli sürülüb.

Gürcüstan rəsmiləri əvvəlcə bildirib ki, qiyamın arxasında Rusiya dayanır və məqsəd hökuməti devirməkdir. Daha sonra rəsmi Tbilisi məqsədin Gürcüstanda NATO təlimlərinin keçirilməsinin qarşısını almaq olduğunu deyib.
XS
SM
MD
LG