Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:15

Senat «Quantanamo»nun bağlanması üçün pul vermək istəmir


«Quantano» həbsxanasında terrorda şübhəli bilinən 240 nəfər məhbus saxlanılır

«Quantano» həbsxanasında terrorda şübhəli bilinən 240 nəfər məhbus saxlanılır

ABŞ Senatı «Quantanamo» həbsxanasının bağlanması üçün vəsait ayırmaq istəməyib. Prezident Barak Obama bu məqsədlə senatdan 80 milyon dollar istəyirdi. Senatorlar eyni zamanda ABŞ-a məhbusların köçürülməsinə də qarşı çıxıblar.

Həm respublikaçılar, həm də demokratlardan olan siyasətçilər Obamanın həbsxanada qalan 240 nəfər məhbusla bağlı planlarını açıqlamasını tələb edir.

Gözlənilir ki, mayın 21-də B.Obama milli təhlükəsizliklə bağlı müraciətində «Quantanamo» həbsxanası ilə bağlı planlarını açıqlayacaq.

B. Obama hakimiyyətə gələndən sonra terrorda şübhəli bilinənlərin saxlandığı «Quantano» həbsxanasının bağlanması barədə qərar verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG