Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:48

Senat «Quantanamo»nun bağlanması üçün pul vermək istəmir


ABŞ Senatı Quantanamo həbsxanasının bağlanması üçün vəsait ayırmaq istəməyib. Prezident Barak Obama bu məqsədlə senatdan 80 milyon dollar istəyirdi. Senatorlar eyni zamanda ABŞ-a məhbusların köçürülməsinə də qarşı çıxıblar.

Həm respublikaçılar, həm də demokratlardan olan siyasətçilər Obamanın həbsxanada qalan 240 məhbusla bağlı planlarını açıqlamasını tələb edir.

Gözlənilir ki, mayın 21-də B.Obama milli təhlükəsizlik bağlı müraciətində Quantanamo həbsxanası ilə bağlı planlarını açıqlayacaq.

B. Obama hakimiyyətə gələndən sonra terrorda şübhəli bilinərək saxlandığı Quantano həbsxanasının bağlanması barədə qərar verib.
XS
SM
MD
LG