Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:38

Rusiya ABŞ-la keçirilən nüvə danışıqlarından razı qalıb


Rusiya Amerika ilə nüvə danışıqlarındakı irəliləyişi alqışlayıb. Tərəflər dekabrda başa çatan START nüvə tərkisilah müqaviləsini yeniləməyə razılaşıblar.

Rusiya diplomatlarından biri «Reuters» agentiliyinə deyib ki, Moskvada keçirilən danışıqlar «konstruktiv əhval-ruhiyyədə» olub və danışıqlar gələn ayın əvvəlində Cenevrədə davam edəcək.

Buna qədər isə Rusiya Xarici işlər naziri Sergey Lavrov demişdi ki, nüvə silahının azaldılmasına dair danışıqlarda ABŞ-ın mərkəzi Avropadakı raketdən müdafiə planları da nəzərə alınmalıdır.

ABŞ və Rusiya arasında Strateji Silahların Azaldılmasına dair Razılaşma 1991-ci ildə imzalanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG