Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 05:16

Həkim xəstəni tikinti aləti ilə xilas edib


Avstriyada başından ağır yara almış 13 yaşlı yeniyetməni həyata qaytamaq üçün həkim təmir zamanı istifadə edilən deşici alətdən istifadə edib.

Həkim yeniyetməni xilas etmək üçün cəmi bir neçə dəqiqəsinin olduğunu başa düşüb. Amma xəstənin başında deşik açmaq üçün ona lazım olan cərrah aləti həmin xəstəxanada yox imiş. Ona görə həkim xəstəxananın yerləşdiyi bunanın təchizat otağından burğu götürərək oğlanın başında lazım olan deşiyi açıb.

Bundan sonra təyyarə ilə xəstə böyük xəstəxanaya götürülüb.

Mayın 18-də - 13 yaşı tamam olan gün isə yeniyetmə xəstəxanadan evə buraxılıb.
XS
SM
MD
LG