Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:57

GPS navigasiya sistemi gələn ildən sıradan çıxa bilər


Dünyada ən çox sürücülər arasında populyar olan və xəritəsiz marşrutu tapmağa kömək eləyən GPS naviqasiya sistemini təmin eləyən peyklər köhnəlib və sıradan çıxmaq üzrədir.

ABŞ-ın hərbi hava qüvvələrinin məsuliyyətsizliyi üzündən GPS olaraq tanınan- Qlobal Mövqetəyineləmə Sistemi gələn ildən artıq xarab ola bilər. ABŞ-ın Dövlət Məsuliyyəti Agentliyi Konqresə göndədiyi hesabatda belə deyilir.

GPS naviqasiya sistemindən ən çox avtomobillərdə, gəmilərdə və aviasiyada obyektlərin yerlərini müəyyənləşdirmək üçün istifadə eləyirlər. Bu koordinatlar sistemini sabit xəritələrlə uzlaşdıranda isə dünyadakı istənilən yerə azamadan - ən qısa yolla getməyiə imkan verən sistem yaranıb.

İndi bir çoxlarının sadəcə Navigasiya kimi tanıdığı bu sistem 1980-ci ildə hərbi məqsədlər üçün orbitə çıxarılan peyklərdən ibarətdir. Amma 1990-cu illərdən GPS sisteminin dinc məqsədlər üçün də istifadəsinə imkan verildi, 2000-ci illərinəvvəllərində artıq GPS texnologiyasıyla bələdçilik eləyən xüsusi cihazlar- naviqatorlar avtobmobil sürücüləri, gəmi nəqliyyatı və turistlər arasında geniş populyarlıq qazandı.

ABŞ-ın Dövlət Məsuliyyəti Agentliyinin hazırladığı hesabata görə, Hərbi Hava Qüvvələri 3 ildir ki, həmin GPS sisteminin peyklərini yeniləməli olduqları halda, yeniləməyiblər. Bu isə artıq gələn ildən orbitdə qalan peyklərin sıradan çıxmasına səbəb ola bilər.

Peyklərin sıradan çıxması və GPS sisteminin çökməsi isə həm ABŞ Ordusuna, həm də də bütün dünyadakı GPS istifadəçiləri - Avtomobil, hava, su nəqliyyatı üçün ağlagəlməz ağır nəticələr verə bilər.

American GPS sisteminin populyarlıq qazanmasından sonra Hindistan, Çin, Rusiya kimi dövlətlər də özlərinin bənzər peyk sitemini yaradıb və ondan istifadə eləyirlər. Avropa Birliyi isə öz GPS sistemi olan Qalileonu orbitə çıxarmağa hazırlaşır.
XS
SM
MD
LG