Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:58

Irlandiyada 30 000 nəfərə yaxın uşağın sorakılığıa məruz qaldığı aşkarlanıb


Irlandiyada dini qaydalarla idarə olunan təşkilatlarda minlərlə uşağın döyülməsi və ya təcavüzə məruz qalmasına dair hesabat yayılıb.

1930-cu illərdə yüzlərlə məktəblərdə və yetim evlərində keşişlər və rahibələrin uşaqlarla davranışı araşdırılıb. Doqquz il davam edən araşdırmanın nəticəsində məlum olub ki, oğlan məktəblərində seksual təcavüz çox yayğın imiş və rəsmilər bunun qarşısını ala bilmirlərmiş.

Hesabatda qeyd edilir ki, oğurluqda, məktəbdən qaçmaqda ittiham olunan, nigahsız analardan doğulan uşaqlar bu cür təşkilatlar şəbəkəsinə verilirmiş. 30 000 nəfərə yaxın uşağın bu cür zorakılıqlara məruz qaldığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG