Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:49

İtaliyanın Xarici İşlər naziri İrana səfərini təxirə salıb


Tehran İtaliyanın Xarici İşlər naziri Franko Frattinin İranın prezidenti Mahmud Əhmədinejatla onun səfərdə olduğu ölkənin şimalındakı Semnan əyalətində görüşməsini tələb edib. Bir qədər əvvəl prezident həmin əyalətdə İranın 2 000 kilometr məsafəyə uça bilən yeni raketi sınaqdan çıxardığını elan etmişdi.

İtaliyanın Xarici İşlər naziri isə prezidentlə həmin görüşdən imtina edib. Nazirlikdən verilən məlumatda bildirilir ki, onlar Əfqanıstanda sabitlik məsələlərini İranla müzakirə etmək imkanının əldən çıxmasından məyus olublar.
XS
SM
MD
LG