Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:50

Rusiya nüvə danışıqlarında ABŞ-ın planlarının da nəzərə alınmasını istəyir


Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirir ki, nüvə silahının azaldılmasına dair danışıqlarda ABŞ-ın müdafiə planları da nəzərə alınmalıdır. Nazir hesab edir ki, ABŞ-ın Mərkəzi Avropada raketdən müdafiə sistemlərini nəzərə almadan nüvə silahının azaldılmasına dair danışıqlarda heç bir uğur qazanmaq olmayacaq.

- Danışıqların yekununda əlbəttə ki, silahlara dair indiki vəziyyətdən irəliyə doğru addım atılmalıdır. Razılaşmanın əsas prinsipi tərəflərin təhlükəsizliyinin bərabər səviyyədə təmin edilməsi və strateji sabitliyin saxlanmasına dair prioritetlərin qorunması olmalıdır.

ABŞ və Rusiya iki gündür ki, Strateji Silahların Azaldılmasına dair Razılaşmanı əvəz edəcək yeni sənəd üzərində müzakirələr aparırlar. 1991-ci ildə imzalanmış həmin sənədin qüvvədə olma müddəti dekabrda başa çatır.

Günün bütün mövzuları

XS
SM
MD
LG