Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:15

Ermənistanın Xarici İşlər naziri sərhədin açılacağıan ümidlidir


Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan yenə israr edir ki, Türkiyə ilə sərhədin heç bir şərt olmadan açılmasına dair Ankara ilə Yerevan arasında razılıq olub.

“Azadlıq” radiosunun erməni xidməti məlumat verir ki, Nalbandyan bu barədə Yerevanda regional təhlükəsizliyə dair keçirilən beynəlxalq konfransda məlumat verib. O, ümid etdiyini deyib ki, Türkiyə sonuncu addımını da atacaq.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu mayın 13-də Bakıda səfərdə ölarkən Bakını əmin etdi ki, Qarabağ münaqişəsi həll edilməyincə, Ermənistanla sərhəd açılmayacaq.

Ermənistan müxalifəti indi prezident Serj Sarkisyanı Türkiyəyə kömək etməkdə ittiham edir. Onlar hesab edirlər ki, ABŞ-ın erməni soyqırımı iddialarının tanınmasına az qalmış Yerevan Ankara ilə münasibətlərin normallaşmasına dair yol xəritəsi imzalamaqla əslində Türkiyəni vəziyyətdən çətin vəziyyətdən çıxarıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG