Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:14

«İlahiyyat» məscidi bağlanır?


Bakı Dövlət Universitetinin tələbə şəhərciyindəki Türkiyə Dəyanət Vəqfinin inşa etdiyi «İlahiyyat» məscidi bağlanır. Məscidin imamı İbrahim Memiş lent.az-a bildirib ki, bununla bağlı ona mayın 19-da xəbərdarlıq edilib.

O bildirib ki, BDU-nun rektoru Abel Məhərrəmov məscidin qanunsuz tikilməsi və fəaliyyət göstərməsi ilə bağlı polisə şikayət edib. İ.Memiş mayın 22-də cümə namazı zamanı ibadətə gələnlərə məscidin bağlanacağının elan ediləcəyini bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən isə bildirirlər ki, məscidin sənədləri qaydasında deyil. Məscidə ibadət ocağının bağlanması haqda yox, sənədlərin qaydaya salınması haqda göstəriş verilib.

Türkiyənin Bakıdakı səfirliyindən isə «Azadlıq» radiosuna deyiblər ki, bu haqda onlarda hər hansı məlumat yoxdur.

Türkiyə Diyanət Vəqfinin Şəhidlər Xiyabanında ucaltdığı məscid də ötən ay ibadət edənlərin üzünə bağlanıb. Rəsmi qaynaqlar məscidin təmirə bağlandığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG