Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:53

«Bosniya etnik gərginliyi aradan qaldırmalıdır»


ABŞ-ın vitse-prezidenti Co Bayden Bosniya liderlərini məzəmmət edərək bildirib ki, ölkədə davam edən etnik ayrı-seçkilik onu 1990-cı illərin qanlı Balkan müharibəsinə apara bilər.

Bosniya parlamentində çıxış edən Bayden deyib ki, Vaşinqton Bosniyanın tutduğu istiqamətdən narahatdır. Ölkə Avropanın ən kasıb ölkələrindən biri kimi qalır. Bosniyada etnik qarşıdurma 1995-ci il sülh razılığından sonra da davam edir.

Bayden bildirib ki, Bosniyanın təhlükəsizlik və rifah yönündə yeganə yolu Avropa Birliyinə qoşulmaqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG