Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:04

Rusiya və Gürcüstan danışıqlarda irəliləyiş əldə ediblər


Rus qoşunları Tsixinvalidə, 29 avqust 2008

Rus qoşunları Tsixinvalidə, 29 avqust 2008

Beynəlxalq vasitəçilər deyirlər ki, Rusiya və Gürcüstan təhlükəsizlik danışıqlarında irəliləyiş əldə ediblər, lakin əsas fərqlər hələ də qalır.

Cenevrədə keçirilən bir neçə saatlıq danışıqlardan sonra tərəflər iyulun 1-i yenidən bir araya gəlməyə qərar veriblər.

Avropa Birliyinin Gürcüstanda münaqişə üzrə xüsusi nümayəndəsi Pier Morel və danışıqları aparan həmsədrlərdən biri bildirib ki, əldə olunan irəliləyiş qənaətbəxşdir.

Ötən il Cənubi Ossetiya ətrafında yaranmış münaqişə Rusiyayla Gürcüstan arasında müharibəylə nəticələnib. Bundan sonra Avropa Birliyinin vasitəçiliyiylə tərəflər arasında atəşkəs əldə olunub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG