Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:17

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ləğv edildi


Azərbaycanda Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) ləğv edilib. Bu haqda prezident İlham Əliyevin imzaladığı sərəncamda deyilir.

Sənədə əsasən, ləğv edilən komitənin əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yaradılır.

Sərəncamda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ləğv edilməsi və onun əsasında bu Komitə yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yaradılması da nəzərdə tutulur.

Prezidentin digər sərəncamı ilə Kərəm Əvəz oğlu Həsənov DƏİEDK sədri vəzifəsindən azad edilərək, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri təyin edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG