Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:49

Media Hüququ İnstitutu qanun layihəsi hazırlayıb


«İfadə azadlığı haqqında» qanun layihəsi hazırlayan Media Hüququ İnstitutu hökuməti, parlamenti müzakirələrə dəvət edir.

İnstitutun koordinatoru Xalid Ağaliyev deyir ki, layihə şərəf və ləyaqətin aşa¬ğı¬lan¬ma¬sı¬na görə cinayət məsuliyyəti nəzərdə tutan hüquqi mexanizmlərin dəyişdirilməsini təklif edir.

«Layihə Cinayət Məcəlləsinin təhqir və böhtana görə məsuliyyət nəzərdə tutan 147 və 148-ci maddələrinin ləğv edilməsini nəzərdə tutmur. Biz həmin maddələrin dəyişdirilməsini təklif edirik. Qanun layihəsinin diffamasiyaya aid təklifinə görə, Cinayət Məcəlləsinin 323-cü (Azərbaycan dövlətinin başçısının şərəf və lәyaqәtini ləkələmə və ya alçaltma) maddəsi ləğv edilməli, 147 və 148-ci, eləcə də 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələrin həbs cəzası nəzərdə tutan hissələri məcəllədən çıxarılmalıdır. Həmin maddələrin azadlığın məhdudlaşdırılması, ictimai işlər və cərimə cəzaları nəzərdə tutan hissələri olduğu kimi saxlanılmalıdır».
XS
SM
MD
LG