Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:19

Xaricdə təhsil alan tələbələrin Azərbaycana dönməsi tələbi götürülüb


«Artıq dövlət hesabına xaricdə oxuyan tələbələrin təhsillərini bitirəndən sonra mütləq qaydada Azərbaycana dönməsi tələbi yoxdur. Onlardan dövlətin təhsilləri üçün çəkdiyi xərcin geri qaytarılması da tələb olunmayacaq».

Bu sözləri Təhsil naziri Misir Mərdanov jurnalistlərlə söhbətində deyib.

Nazirin sözlərinə görə, tələblərin götürülməsi dövlət başçısı İlham Əliyevin göstərişi ilə edilib. M.Mərdanov bildirib ki, indi Azərbaycan dövlətinin hesabına 186 nəfər xaricdə təhsil alır. Onlardan 6-sı bu il təhsillərini başa vurur.

Nazirin sözlərinə görə, xaricdə təhsil alan tələbələrin Azərbaycanda yüksək məvacibli işlə təmin edilməsi üçün proqram hazırlanır. Proqram hazır olandan sonra xaricdə təhsil alan şəxslər ölkəyə qayıtdıqda hansı əməkhaqqı ilə işləyəcəklərini öncədən müəyyən edə biləcəklər.
XS
SM
MD
LG