Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:35

«Məktəblərin internet saytının yaradılması üçün pul yığılması qanunsuzdur»


«Məktəblərin internet saytının yaradılması üçün məktəblərdə müəllimlərdən və şagirdlərdən pul yığılması qanunsuzdur».

Təhsil naziri Misir Mərdanov «Azadlıq» radiosuna belə deyib.

Nazirin sözlərinə görə, Bakı və Sumqayıtdakı ümumtəhsil məktəblərinin vahid internet şəbəkəsinə qoşulması prosesi bir aydan sonra başa çatmalıdır:

«Elə məktəblər var ki, orada internet saytını şagirdlər özləri yaradırlar. Bu məsələ birbaşa Təhsil Nazirliyinin nəzarətindədir».
XS
SM
MD
LG