Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:23

«Eurovision»da erməni müğənnilərə Azərbaycandan 43 nəfər səs göndərib»


«Bizim çıxışımız o qədər gözəl idi ki, ermənilər özlərini saxlaya bilmədi və bizə səs verməli oldu».
«Bizim çıxışımız o qədər gözəl idi ki, ermənilər özlərini saxlaya bilmədi və bizə səs verməli oldu».
«Eurovision 2009» mahnı müsabiqəsində iştirak edən erməni müğənnilərə Azərbaycandan 43 nəfər səs göndərib».

İctimai Televiziyanın mətbuat xidmətinin rəhbəri Tahir Məmmədov belə deyib.

Bəzi Ermənistan internet portalları məlumat yayıb ki, guya «Eurovision»ın yayımı zamanı İnqa və Anuşa səs göndərmək üçün Bakıda ekranda telefon nömrəsi göstərilən hissə bağlı olub.

T.Məmmədov deyib ki, «Eurovision» mahnı yarışması adından göründüyü kimi mahnı yarışmasıdır və burada heç bir siyasi münasibətlərdən söhbət gedə bilməz:

«Azərbaycanda istər Avropa Yayımı Birliyi səviyyəsində, istərsə də hüquq müstəvisində məsələ müzakirə olunarsa, bu məsələdə ermənilərin yalan danışdığı ortaya çıxacaq. Ona görə deyilən fikirlər əsassızdır».

İTV rəsmisi həmçinin deyib ki, «Eurovision» müsabiqəsində iştirakçılara göndərilən heç bir səs itə bilməz:

«Hər bir telefondan göndərilən sms-lərin sayı məhduddur. Bir telefondan minlərlə səs göndərmək olmaz, əks təqdirdə bu sayılmayacaq. Heç bir səs itə bilməz. Çünki bu işlə neçə illərdir məşhur olan Almaniyanın tanınmış «Digame mobile» şirkəti məşğul olur. Bu şirkətdən göndərilən rəsmi rəqəmlərə görə, Azərbaycandan Ermənistana 43 nəfər səs göndərib».

«Eurovision» müsabiqəsində Azərbaycanı təmsil edən Aysel Teymurzadənin isə Ermənistanın Azərbaycan ifaçılarına 1 xal verməsinə münasibəti belə olub:

«Bizim çıxışımız o qədər gözəl idi ki, ermənilər özlərini saxlaya bilmədi və bizə səs verməli oldu».

A. Teymurzadə finaldan sonra prezident İlham Əliyevin onlara zəng edərək təbrik etdiyini də deyib.
Aysel və Araş Bakıda
Gözlə
Embed

No media source currently available

0:00 0:00:44 0:00
XS
SM
MD
LG