Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:39

Rusiya və Gürcüstan təhlükəsizlik danışıqlarını təzələyiblər


Rusiya və Gürcüstan təhlükəsizlik danışıqlarını təzələyiblər. Rusiya beynəlxalq ictimaiyyətin danışıqlar masasına geri dönmə çağırışını qəbul edib.

Rəsmi Moskva mayın 18-i Rusiya-Gürcüstan danışıqlarında iştirakdan imtina eləyib. Rusiya Xarici İşlər Nazirinin müavini Qriqoriy Karasin İnterfax agentliyinə deyib ki, Abxaziya rəsmilərinin danışıqlarda iştirak eləməməsi üzündən onlar da bu görüşdən imtina eləyirlər. Çünki tərəflərdən hər hansı birinin olmadığı danışıqlara qatılmağın mənası yoxdur.

Cənubi Osetiyadan olan nümayəndə heyəti də danışıqlardan imtina eləmişdi.

Avropa Birliyi, ATƏT və BMT-nin vasitəçiliyi ilə keçirilən danışıqlar ötən ilki müharibədən sonra Rusiya-Gürcüstan münasibətlərini yumşaltmaq və regionda təkrar münaqişənin başlanmasının qarşısını almaq məqsədi ilə keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG