Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:31

Rusiya Gürcüstanla danışıqlardan imtina elədi


Rəsmi Moskva bugünə planlaşdırılan Rusiya-Gürcüstan danışıqlarında iştirakdan imtina eləyib. Rusiya Xarici İşlər Nazirinin müavini Qriqoriy Karasin İnterfax agentliyinə deyib ki, Abxaziya rəsmilərinin danışıqlarda iştirak eləməməsi üzündən onlar da bu görüşdən imtina eləyirlər. Çünki tərəflərdən hər hansı birinin olmadığı danışıqlara qatılmağın mənası yoxdur.

Cənubi Osetiyadan olan nümayəndə heyəti də danışıqlardan imtina eləyib.

Avropa Birliyi, ATƏT və BMT-nin vasitəçiliyi ilə keçirilən danışıqlar ötən ilki müharibədən sonra Rusiya-Gürcüstan münasibətlərini yumşaltmaq və regionda təkrar münaqişənin başlanmasının qarşısını almaq məqsədiylə keçirilirdi.
XS
SM
MD
LG