Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:34

2014-cü ildən Şİmali İraq qazı Nabukkoya vurulacaq


2014-cü ildən Şimali İraqda Kürd muxtar bölgəsindən çıxarılan qaz Nabukkoya vurula bilər. Türkiyənin Botaş şirkətinin rəsmisinə istinadən Röytersin yaydığı xəbərdə belə deyilir.

Xəbərdə vurğulanır ki, artıq Nabukkonun Avropalı səhmdarları İraq qazının nəqli məsələsini layihəyə salıblar. Botaş rəsmisinin sözlərinəgörə, 2014-cü ildən başlayaraq gündə 1.5 milyon kub fut İraq qazı kəmərə vurula bilər. BU da Nabukkonun ilkin mərhələsində işə düşməsinə kifayət eləyəcək.

ABŞ və Avropa Birliyinin dəstəklədiyi Nabukko qaz kəməri layihəsi Avropanın rus qazından asılığının azaltmaq məqsədi daşıyır. Amma bu günə kimi, kəmərə hansı qazın vurulacağıyla bağlı heç bir ölkə konkret öhdəlik götürməmişdi.
XS
SM
MD
LG