Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:22

«Dağlıq Qarabağ xüsusi iqtisadi zona olsa yaxşıdır»


Vüsal Qasımlı
«Dağlıq Qarabağ xüsusi iqtisadi zona olsa yaxşıdır». İqtisadi Tədqiqatlar Mərkəzinin sədr əvəzi Vüsal Qasımlı «Azadlıq» radiosunun «İşdən sonra» verilişinə belə deyib.

İqtisadçı hesab edir ki, Azərbaycanda azad yox, xüsusi iqtisadi zonalar yaradılsa yaxşıdır:

«Bakı hava limanı ətrafında xüsusi iqtisadi zona yaratmaq mümkündür. Buna oranın həm coğrafi mövqeyi, həm yeni yaradılmış infrastrukturu imkan verir. Bakı dəniz limanının ətrafında da eyni zonanı yaratmaq olar».

V.Qasımlı ancaq Bakıyla kifayətlənməməyi məqsədəuyğun hesab edir. O bu prosesə müəyyən sərhəd bölgələrini də qatmağı təklif edir:

«Təklifim ekstravaqant səslənə bilər. Əslində, bu ideyanı biz Dağlıq Qarabağ ərazisində də gerçəkləşdirə bilərik. Orada xüsusi iqtisadi zona yaradılsa, bunda Dağlıq Qarabağın hətta erməni icması da maraqlı olacaq. Amma yalnız o halda ki, Dağlıq Qarabağ Azərbaycanın protektoratında olsa. Onda Dağlıq Qarabağdakı əhalinin həyat şəraiti get-gedə yaxşılaşacaq, kənar sərmayələr gələcək, infrastruktur qurulacaq, az vergi alınacaq və s.»

Şərhləri göstər

XS
SM
MD
LG