Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:36

Birmada müxalifət liderinin həbs müddəti uzadıla bilər


Myanmarda - Birmada daha öncə ev həbsində olan demorkatik müxalifətin lideri Suu Kyinin bu gün məhkəməsi başlanır. Su Kyi öncəki məhbusluğunun qaydalarını pozmaqda və evdə qonaq qəbul eləməkdə ittiham olunur.

Kyinin ev dustaqlığının müddəti bu ayın sonunda başa çatmalıydı. Amma bir amerikalı gölü üzüb keçərək Kyinin evinə gəlib və iki gün orda qalıb deyə, Birma rəhbərliyi indi ev dustaqlığının 5 ilə qədər həbsxana cəzasıyla əvəz eləmək istəyir.

Suu Kyi ölkədəki hərbi çevrilişdən həmən öncə keçirilən seçkilərdə qalib gəlmişdi, amma hərbi çevrilişlə hakimiyyətə gələn rejim onu həbs eləyib.

Avropa Birliyi bu gün bildirib ki, Suu Kyiyə qarşı yeni məhkəmə qərarları Birmaya qarşı sanksiyaları daha da sərtləşməsinə səbəb olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG