Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:43

Azərbaycan Ordusunun bir əsgəri həlak olub, ikisi yaralanıb


Ermənistan silahlı qüvvələri mayın 17-si gecə saatlarında Cəbrayıl rayonu Çocuqmərcanlı kəndi istiqamətində atəşkəsi pozub.

ANS xəbər verir ki, nəticədə Azərbaycan ordusunun əsgəri, 1990-cı il təvəllüdlü Rza Mehdiyev həlak olub. O Sumqayıt şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılıbmış.

Tovuz rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan əsgər 1989-cu il təvəllüdlü Elmar Sadiqov isə yaralanıb.

Müdafiə Nazirliyi məsələ ilə bağlı hələ rəsmi mövqe bildirməyib.

APA isə xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin cəbhənin Ağcabədi rayonu istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun daha bir əsgəri yaralanıb.

Yaralanan əsgər Məmmədov Zahir İsmayıl oğlu Ağcabədi rayonu ərazisindəki Hərbi Hospitala yerləşdirilib. Hərbi Hospitaldan onun vəziyyətinin ağır olduğu bildirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG