Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:03

İlham Əliyev Aysel Teymurzadə və Araşı təbrik edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də “Eurovision-2009” mahnı müsabiqəsində 3-cü yerə sahib olmuş Aysel Teymurzadəni və Araşı təbrik etmişdir.
İlham Əliyev Aysel və Araş ilə telefonla danışaraq, Azərbaycanı Avropa miqyasında layiqincə təmsil etdiklərini demiş, bu nailiyyəti yüksək qiymətləndirmiş, onlara yeni yaradıcılıq uğurları arzulamışdır.

«Eurovision-2009» mahnı müsabiqəsinin Moskvada keçirilən finalı Norveç təmcilçisinin qələbəsi ilə başa çatıb. 3-cü yerə sahib olan Aysel və Araşın ifasına demək olar ki, bütün ölkələr bir və daha artıq xalla qiymətləndiblər. Azərbaycan ifaçılarına yüksək xal Türkiyə, Çexiya, Ukrayna, Hollandiya, Xorvatiya, Moldova, Macarıstan və Norveç tərəfindən verildi.

Azərbaycanlılar isə öz növbsində 12 xal Türkiyəyə, 10 xal Ukraynaya, 8 xal isə Norveçə veriblər.

Bu müsabiqədə ikinci yeri İslandiya ifaçıları qazanmışdılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG