Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:59

Netanyahu Obama görüşündə İran məsələsinə toxunulacaq


İsrailin baş naziri Benyamin Netanyahunun əsas məşvərətçisi Uzi Arad deyir ki, baş nazir Birləşmiş Ştatlara səfəri zamanı İranın nüvə silahı istehsal etməsinə mane olmaq məsələsini müzakirə edəcək. Uzi Arad bildirir ki, İranın daima nüvə sahəsində irəli getməsi İsraili narahat edir. O deyib ki, nüvə ilə silahlnamış İran İsrail üçün mövcud təhlükədir.

İsrailin baş naziri Benyamin Netanyahunun mayın 18-i Vaşinqtona səfər edərək ABŞ prezidenti ilə görüşəcək. Onun ABŞ prezidenti Barak Obamayla aparacağı danışıqlarda əsasən İsrail-Fələstin münaqişəsinin həlli yolları və İranın nüvə proqramı ətrafında yaranmış vəziyyət müzakirə olunmalıdır.

İsrailin müdafiə naziri Ehud Barak bu arada yaxın 3 il ərzində fələstinlilərlə sülh müqaviləsi imzalanacağına ümidlə yanaşdığını bəyan edib.

Baş nazir Benyamin Netanyahu isə heç vaxt İsraillə yanaşı müstəqil Fələstin dövləti yaradılması ideyasını dəstəkləməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG