Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:39

Gül Avropa Birliyi ölkələrinə etiraz elədi


Türkiyə prezidenti Abdulla Gül deyir ki, bəzi Avropa ölkələrinin Türkiyənin Avropa Birliyinə üzv olmasına maneə yaratması «qəbul edilməzdir».

Suriyaya rəsmi səfəri zamanı çıxış edən Gül jurnalistlərə bildirib ki, Avropa Birliyinin Türkiyənin bu quruma üzviliyi ilə bağlı anonim qərar verməsi onu göstərir ki, Türkiyənin bu quruma üzvilik üçün hazır olmadığını düşünən Avropa liderləri danışıqlarda «səmimi» olmayıblar.

Fransa prezidenti Nikola Sarkozi və Almaniya kansleri Angela Merkel Türkiyənin bu yaxınlarda Avropa Birliyinə üzv olmasına etiraz ediblər. Onlar Türkiyəyə xüsusi status verilməsini təklif ediblər.
XS
SM
MD
LG