Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 23:38

Litvada prezident seçkilərini qalibi qadın namizəd oldu


Litvada keçirilən prezident seçkilərində Avropa Komissiyasının büdcə komissarı Dalya Qribauskayte qalib gəlib və beləliklə də ölkənin ilk qadın prezidenti olub.
Demək olar ki, başa çatdırılmış rəsmi nəticələrə görə Qribauskayte səslərin 69 faizini toplayıb.

Seçki rəsmiləri deyirlər ki, ilkin nəticə 51 faiz idi və növbəti mərhələyə ehtiyac qalmayacaq.

Müstəqil namizəd kimi seçkidə iştirak edən xanım Qribauskayte Valdas Adamkusu əvəz edəcək. O, öz maliyyə təcrübəsindən iqtisadi böhrandan çxmaq üşün istifadə edəcəyini deyib.
XS
SM
MD
LG