Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:17

Pakistan rəsmisi mindən çox yaraqlının öldürüldüyünü deyir


Pakistanın şimal-qərbində gedən döyüşlərdə 1000-dən çox yaraqlı öldürülüb.

Bu barədə Pakistanın daxili işlər naziri Rəhman Malik xəbər verir.

Lakin bu məlumat hələlik müstəqil mənbələr tərəfindən təstiqlənməyib.

Talibançılar Svat vadisində hökumətlə əldə olunmuş razılaşmanı pozaraq qonşu rayonlara soxulduqdan sonra hökumət qoşunları 3 həftədir ki, bölgədə yaraqlılara qarşı irimiqyaslı əməliyyatlar aparır.

Minlərlə dinc sakin döyüş zonasını tərk edib.
XS
SM
MD
LG