Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:58

«Obama və Klintondan qalan varislik»


Yazıda deyilir ki, Cənab Oabama ilk olaraq ticarətdə əsas ünvanı müəyyən etməlidir

Yazıda deyilir ki, Cənab Oabama ilk olaraq ticarətdə əsas ünvanı müəyyən etməlidir

«Bu gün Ağ Evdə baş verənlərə diqqət yetirəndə belə bir fikir yaranır ki, Ağ Ev anti-Buş siyasəti yürüdən bir məkandır. Barak Obama vergilərdən tutmuş Quantamoyadək bir çox məsələlərdə Amerikanı sələfinin apardığı istiqamətdən daha fərqli istiqamətə aparır. Lakin Obama prezidentliyinin hədəfə aldığı irs daha çox demokratlardan olan keçmiş prezident Bill Klinton irsidir».

«Wall Street Journal»da William McGurn-in «Obama və Klintondan qalan varislik» adlı yazısında belə deyilir.

Düşünün. Bizə seçki kampaniyası ərəfəsində «bildiyimiz rifaha son qoymağa» söz verən cənab Klinton idi. Kommersiyanı sərmayə banklarından ayıran maneəni aradan qaldırmaq üçün qanun qəbul edən də Klinton idi. Hətta «Böyük hakimiyyət erasının başa çatdığına» bizi inandırmağa çalışan da o olub.
Yazıda deyilir ki, bu gün Obama administrasiyası vaxtilə Bill Klintonun «yeni demokratlarının» öz üzərlərinə götürdükləri öhdəliklərlə mübarizə aparır. Burada ziddiyyət ən çox özünü ticarət sahəsində göstərir.

Cənab Oabama ilk olaraq ticarətdə əsas ünvanı müəyyən etməlidir. Prezidentlik fəaliyyətinə başlamazdan bir ay sonra Barak Obama Amerkia qlobal liderliyinin günün əsas çətinliyi olduğunu dedi. Bill Klinton isə Amerika liderlərini xarici bazarları öyrənməyə çağırmışdı. O onlara bildirmişdi ki, bu zaman yalnız amerikalıların irəli çəkilməsi yox, bütün millətlərə azadlıq və demokratiya verilməsini əsas götürsünlər.

Daha sonra isə Barak Obama Konqresə tezləşdirilmiş nailiyyət hakimiyyəti üçün müraciət etməlidir. Bu qanunvericilik prezidentə ticarət razılaşmaları üçün daha böyük imtiyazlar verir. Klintonun prezidentliyi dövründə isə Konqres tezləşdirilmiş nailiyyət qanunvericiliyinə son baxış keçirirdi. Bu qanunvericilikdən cənab Klinton böyük uğur əldə etmiş Uruqvay ticarət danışıqlarını başa çatdırmaq üçün istifadə edirdi.

Müəllif bildirir ki, Obamanın ticarət nümayəndəsi Ron Kirk son günlər administrasiyanın ABŞ-ın əsas müttəfiqləri, Kolumbiya, Cənubi Koreya və Panama ilə ticarət danışıqlarını başa çatdırdığını elan etmişdi. Ağ Evin internet səhifəsində isə ticarət heç siyahıya da salınmayıb. Lakin Klintonun dövründə isə administrasiya Şimali Amerika Azad Ticarət Razılaşmasını nəinki bitirmək, əksinə bu razılaşmanın digər Latın Amerikası ölkələrində də genişlənməsi haqqında danışıqlar aparırdı.

Klinton və Obama yanaşması arasında fərq şübhəsiz iqtisadi fəlsəfədəki fərqdən də irəli gəlir. Lakin bunun yəqin ki, fərdi təcrübədən qaynaqlanan səbəbləri də var. Qubernatorlar fabrik açılması kimi məsələlərə daha çox vaxt sərf edirlər (Bill Klinton Arkansas qubernatoru olub). Çünki onlar bilirlər ki, xarici sərmayənin yaratdığı iş yerləri və xaricdə ticarət ailə və icma üçün daha faydalıdır. İqtisadi artımın siyasi karyera təsirindən hələ danışmıram.

Yəqin bu təsadüf deyildi ki, Missuridən olan Respublikaçı Riçard Gerhardt ticarət siyastlərinə görə yapon və koreyalıları tənqid edəndə, qubernator Klinton onları Arkanzasa gəlmək üçün dilə tuturdu. Qubernator kimi Klintonun xaricdə 12 ticarət missiyası var idi. Onun ştatında xarici sərmayələrin sayı üç dəfə artmışdı. Bu şirktlərdən biri də Yaponiyanın Bridgestone Corporation şirkəti idi. 1988-ci ildə Bridgestone ABŞ-ın Firestone Tire və Rubber şirkətinə də sahib oldu. Bill Klinton seçkiqabağı kampaniyada bu təcrübəni misal çəkirdi.

«Bridgestone-nun çoxlu pulu var. Onlar 30 milyon dollar sərf edərək zavodları müasirləşdiriblər, işçilərə təlim keçiblər, onlara müasir menecmenti başa salıblar və işçi qüvvəsini artırıblar. Bu çox yaxşıdır».

Senator isə öz vəzifəsində ticarəti izləyə bilmir (Barak Obama İlinoyis ştatının senatoru olub). Senatorun ticarəti duyma hissi qubernator kimi deyil. Bu Barak Obamanın kitablarında da öz əksini tapıb. Onun başqa sahələrə olan ehtirası ticarətə şamil olunmayıb. Ticarətin gətirə biləcəyi fayda əvəzinə ağıllı hüquq professorunun edə biləcəyi quru etiraflar daha çox yer alıb.

«Wall Street Journal»da William McGurn-in «Obama və Klintondan qalan varislik» adlı yazısında belə deyilir.
XS
SM
MD
LG