Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:49

Şiri-Lanka hökuməti separatçıların məğlub edildiyini deyir


Şiri-Lanka komandanlığı bütün sakinlərin döyüş sonasını tərk etdiyini deyir.

Komandanlığın nümayəndəsi deyir ki, təkcə son 3 gün ərzində döyüş zonasını 50 mindən artıq adam tərk edib.

Hökumət qoşunları ölkənin şimalında mühasirəyə düşmüş qiyamçıların müqavimətini tam qırmaq fikrindədir.

Şiri-Lanka prezidenti Rahinda Racapaksa dünən Tamil separatçılarının məğlub edildiyini bəyan edib.

Şiri-Lankada gedən 26 illik vətəndaş müharibəsində 70 mindən çox adam ölüb.
XS
SM
MD
LG