Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:27

Zorakılıq aksiya iştirakçılarında narazılıq yaradır


Gürcüstanın müxalifət fəalları İctimai televiziyanın binası önündə, Tbilisi, 14 may 2009

Gürcüstanın müxalifət fəalları İctimai televiziyanın binası önündə, Tbilisi, 14 may 2009

«Mənim internet səhifəmdə Vaxtanq Laqizdenin döyülməsi və maşınının oğurlanması faktı barədə məlumat yerləşdirilib. Cinayətkarların üzləri görünür. Niyə onları cəzalandırmırlar? Kimsə qanunu pozub və kameralara narkotik yayıb. Nəyə görə bu adamlar indiyəcən həbs olunmayıb? Bir neçə dəfə iş qaldırılsa da, ancaq heç kim cəzalandırılmayıb - bir qayda olaraq müxalifət tərəfdarlarından savayı».

Gürcüstanda ictimai müvəkkil –Sozar Subari belə deyir.

Son iki ilin hesabatlarında küçədə etiraz edən insanlara qarşı zorakılıq faktı xüsusi yer tutur. Bu faktlar barədə aprelin 9-dan müxalifət xüsusilə tez-tez danışır, zorakılıqla bağlı sona çatdırılan heç bir proses olmadığını bəyan edir.

Bir neçə gün əvvəl müxalifət liderləri ilə görüşən prezident Mixail Saakaşvili müxalifətçilərə aksiya zamanı baş verən qanun pozuntularına moratorium elan etməyi təklif edib.

Mayın 13-də isə bu bəyanata ictimai müvəkkildən cavab gəlib.

«Qəti şəkildə bəyan edirəm, heç bir insanın, o cümlədən konstitusiyanın qarantı olan və qanunları müdafiə etməli olan prezidentin də siyasi opponentləri ilə razılığa gəlib qanunun icrasına moratorium qoymağa və günahkarları cəzalandırmağa hüququ yoxdur. Bu xüsusiyyət avtoritar quruluşlar üçün xasdır, hansında ki qanun - dövlətin birinci şəxsi deməkdir».

Nəticədə ictimai müdafiəçinin dediyi kimi elə bir vəziyyət alınır ki:

«Cəmiyyətə qarşı «sıfır» dözümlülük və hökumətin 100 faizlik dözümlülüyü və cinayətkar siyasət mövcuddur».

Aprelin 9-da keçirilən aksiyadan sonra hər gün müxalifət tərəfdarlarının zorakılığa uğraması barədə məlumatlar dərc olunur. Partiya fəallarının saxlanılması, döyülməsi, maşınlarının qaçırılması. Zorakılıq aksiya iştirakçılarında narazılıq yaradır. Bunu jurnalistlərlə aksiya iştirakçıları arasında toqquşma sübut edir. Həmin hadisə 3 fəalın həbsi ilə nəticələnib.

Politoloq Ramaz Sakvarelidze vəziyyəti qiymətləndirərək deyir ki, istənilən etiraz zorakılıq elementləri daşıyır:

«Nümayiş insanlara konkret küçə ilə hərəkət etməməyə, sahibkara müəssisənin işini dayandırmağa və s. məcbur edir. Ona görə də etiraz məcburiyyət xarakteri daşıyır. Hərçənd küçələrə çıxanlar hələ ki zorakılığa əl atmayıblar. Ancaq xaricdə tez-tez olur - maşınlayır yandırırlar, vitrinləri sındırırlar və s. Müqəddəs Georgi günü olanlara gəlincə, zorakılıq hökumət tərəfdən olmuşdu. Əhali sadəcə hasarı silkələyib və sonra Qiya Qaçeçiladzr hasarı aşıb keçib. Bu öz-özlüyündə zorakılıq deyil, hərçənd qanun pozuntusu vardı. Amma onu ayaqla döyəndə - bu zorakılıq idi».

Nümayiş zamanı zorakılıqla bağlı monitorinqi ictimai müvəkkilin yanında monitorinq şurası keçirib. Şura üzvlərindən Nana Kakabadze deyir ki, bütün aksiyalar hökumətin zorakılığı ilə müşayiət olunub:

«Əgər nəzərə almasaq ki, yollar bağlanmış və regionlardan insanların gəlməsinin qarşısını alınmışdı, avtobus və marşrut taksilər olmayıb, aksiya iştirakçıları hücum obyekti idi».

Kakabadze deyir ki, bahalı «Ceep» maşınlarında oturan naməlum adamlar mitinq iştirakçılarını oğurlayır və onlara fiziki təzyiq edirdilər. Onların şəxsiyyəti indiyə kimi müəyyən olunmayıb.

Bu insanlar güman ki hökumətin müəyyən himayəsinə arxalanır, çünki monitorinqdən sonra «Azadlıq» Radiosunun gürcü xidməti ölkənin daxili işlər nazirindən bu maşınların kimə mənsub olduğunu soruşub. Cavab belə olub ki maşınlar qeydiyyatda deyil ya da digər maşınların nömrələrini istifadə edib.

Kakabadze deyir ki, «xüsusi briqada» adlandırılanlar Tbilisidə bütün günü hərəkət edir. Ancaq insanların qısa müddətə qaçırılması faktı azalıb. Kakabadzenin sözlərinə görə zorakılıq faktlarının əksəriyyəti «Human Rights Watch»un son hesabatına da düşüb.

DİN-nin analitik şöbənin müdiri Şota Utiaşvili deyir ki, cinayət işləri açılıb, ancaq az miqdarda. Ancaq Utiaşvili döyülənlərin sayı ilə bağlı müxalifətin məlumatının nəyə əsaslandığını anlamır. Müxalifət 80 və daha çox adamın aksiya zamanı döyülməsindən gedir.

«Hanı bu insanlar, kim isə onları görüb? Biz bir neçə döyülən görmüşük, ancaq mən anlaya bilmirəm bu 80 və 100 ədədlərini haradan götürüblər».

Utiaşvili deyir ki, zorakılıq faktı ilə bağlı müraciətlərin əksəriyyəti televiziya vasitəsilə edilir. Ancaq rəsmi şəkildə hüquq mühafizə orqanlarına heç kim müraciət etməyib.

Hazırda polisin araşdırdığı zorakılıq faktı müxalifətin və QHT-nın göstərdiyi saydan xeyli azdır.

«İctimai müdafiəçinin yanında Monitorinq şurası» təşkilatı bir neçə gündən sonra aksiyalar zamanı zorakılıq faktı ilə bağlı hesabatı nəşr etməyə hazırlaşır. Hər gün baş verən zorakılıq faktlarına görə indiyə qədər hesabatla tanış olmaq mümkün olmayıb.
XS
SM
MD
LG